Bu kadrlar Gürcüstanı qarışdırdı – FOTO
Dünən gecə paytaxt Tiflis də olmaqla minlərlə Gürcüstan vətəndaşı ölkənin əksər şəhərində küçələrə axışıb. Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb Tiflisin yaxınlığındakı Qldani həbsxanasında dustaqlara verilən işgəncələr, onların zorlanması faktlarının telekanallarda nümayiş etdirilməsi olub.
Elə sizə təqdim olunan video materialdan da göründüyü kimi dustaqlar cəzaçəkmə müəssisəsinin bir qrup əməkdaşı tərəfindən döyülür və təhqir olunurlar. Bu arada BBC-nin yaydığı məlumata görə, kadrları telekanallara adı gedən cəzaçəkmə müəssisəsinin keçmiş əməkdaşı Vladimir Bedukadze ötürüb. Bedukudzenin bildirdiyinə görə, dustaqlara işgəncə verilmə tapşırığı daxili işlər naziri Baço Axalayadan gəlib.
Artıq prezident Mixail Saakaşvili xalqa müraciət edərək baş verənlərə görə günahkarların sərt cəzalandırılacağını bildirib.
Gürcüstan Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisləri üzrə baş idarəsinin rəisi Xatuna Kalmaxelidze isə artıq istefa verib.
Səbuhi

Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24