Britaniyanın moda brendi Christian Cowan maraqlı çəkmələr təqdim edib. Ayaqqabılar uşaq şousu üçün “Teletubbies” qəhrəmanı formasında hazırlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu ayaqqabıların qiyməti 195-2500 dollar arasında dəyişir.
Ən çox diqqət çəkən ayaqqabılar isə yaşıl hündürdaban “terri” çəkmələrdir. Onlar Dipsy obrazı əsasında yaradılıb.