Bir çoxumuz təzə dəmlənmiş qəhvəmizə qaymaq və ya süd əlavə edirik. Ancaq adi kombinasiyanı dəyişdirməyə və canlandırıcı içkiyə limon əlavə etməyə cəhd etsəniz, qəhvənizi güclü yağ yandırıcı vasitəyə çevirə bilərsiniz.
Lent.az xəbər verir ki, hər gün limonlu qəhvə içmək vərdişi arıqlama prosesini xeyli sürətləndirə bilər.
Bu reseptə görə hazırlanan içki, birincisi, maddələr mübadiləsini sürətləndirir, ikincisi, sidikqovucu təsirə malik olduğu üçün bədəndən toksinləri çıxarır. Limonlu qəhvənin başqa faydaları da var.
Dietoloqlar bildirir ki, o, qan damarlarının elastikliyini artıra, hüceyrə və toxumaların sürətli bərpasını təşviq edə, mədənin yüksək turşuluğundan yaranan problemləri həll edə bilər.
Əsas odur ki, acqarına limonlu qəhvə içməyin. Bunu yeməkdən bir saat sonra etmək daha yaxşıdır. Bu tövsiyəyə məhəl qoymasanız, həzm prosesi çətinləşə bilər.
Əks göstərişlər arasında hipertansiyon, aritmiya, mədə-bağırsaq traktının problemləri və allergiyaya meyl var.