Mütəxəssislər saç uzanması üçün faydalı olan ən yaxşı məhsulları açıqlayıblar.
Lent.az xəbər verir ki, serumlar, saç uzanması üçün kremlər və yağlarla yanaşı qida rasionunuzda keyfiyyətli olmalıdır.
Ekspertlər bildirib ki, saç sağlamlığı üçün əsas vacib amil B vitaminidir. Bu vitamin əsasən saç diblərini gücləndirir, hüceyrə böyüməsini stimullaşdırır. Həmçinin, B2, B5, B6 vitaminləri də qida maddələri ilə birləşərək saçları sağlam saxlamağa kömək edir.
Mütəxəssis Steys Robertsin sözlərinə görə, B vitamini çatışmazlığı həddindən artıq saç tökülməsinə və onların quru, kövrək olmasına gətirib çıxarır.
Bədəndə B vitaminin təmin etmək üçün ən çox göy-göyərti, qoz-fındıq, paxlalı bitkilər, yumurta, balıq və süd məhsulları qəbul edilməlidir.