Qadın çantaları kişilər arasında  trendə çevrildi
16 aprel 2024 10:08 (UTC +04:00)

Qadın çantaları kişilər arasında trendə çevrildi

Qadınlar üçün olan məşhur çantalar artıq kişilər arasında trendə çevrilib

Lent.az xəbər verir ki, bu barədə “New York Post” portalı məlumat yayıb. 

Məlum olub ki, son illər kişilər, o cümlədən müxtəlif məşhurların geyim cibləri şəxsi əşyalarına çatmadığından cəmiyyət qarşısına çanta ilə çıxmağa başlayıblar. Belə ki, bu ildə kişi çantalarının satışı keçən ilə nisbətən yeddi faiz artıb.

Bundan əlavə, moda modelləri, “Jacquemus”, “Thom Browne”, “Dior” və “Givenchy” kimi məşhur markaların şoularında da daxil olmaqla, müntəzəm olaraq podiumlarda çanta taxırlar . Tez-tez çanta ilə gəzən ulduzlar arasında aktyor Jacob Elordi, müğənni Harri Style, reper A$AP Rocky, həmçinin idmançılar Travis Kelce, LeBron James və David Beckham var.

“Çantaların qadına xas göründüyü qənaətindən qorxmuram. Çünki mənim üçün belə deyil. Kişi modası həmişə praktikliyə, çanta isə rahatlığa yönəlib”, - sözügedən trendi populyarlaşdıran amerikalı bloger Jalen Noble deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Sevinc Fərid

Oxşar yazılar