İranda kişilərə qəribə  qadağalar qoyuldu:   Qolu qısa köynək..
04 iyul 2022 19:28 (UTC +04:00)

İranda kişilərə qəribə qadağalar qoyuldu: Qolu qısa köynək..

Xorasan əyalətinin başçısı ölkədə kişilərin də geyiminə nəzarət üçün "əxlaq polisi"nin yaradıldığını bildirib. 

Lent.az  xəbər verir ki, yeni qaydalara görə, ölkədə qadınların hicabına ciddi nəzarət olduğu kimi, kişilər də Qərb mədəniyyətinin əlamətləri sayılan qalstuk, kəpənək qalstuk, dar və qolu qısa köynək, cırıq və yamaqlı şalvar geyə və zinət əşyalarından istifadə edə bilməyəcəklər. 

Sivil geyimli "əxlaq polisləri" bütün dövlət idarələrində, şirkətlərdə, klinikalarda və ictimai yerlərdə buna nəzarət edəcək və qaydaları pozanları cəzalandıracaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5613
avatar

Sevinc Fərid

Oxşar yazılar