Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın libası "İlin geyimi" seçilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda aktrisanın geyindiyi libas Moda muzeyində ziyarətçilərə təqdim olunur.
Sözügedən geyim "Armani" brendinin 2022-ci il yaz-yaz kolleksiyasındandır.
Qeyd edək ki, Meqanla Harrinin bununla bağlı mətbuata verdiyi müsahibəsi böyük səs-küyə səbəb olub. O, müsahibəsində, hətta sarayda yaşadığı zamanlarda intihar etmək istədiyini də etiraf edib.