Gürcüstandakı gözəllik yarışmasını azərbaycanlılar qazandı
14 fevral 2022 13:45 (UTC +04:00)

Gürcüstandakı gözəllik yarışmasını azərbaycanlılar qazandı

Paytaxt Tbilisidə keçirilən "Mister Valentin Georgia 2022" gözəllik yarışmasında yerli azərbaycanlı gənclər uğurlu nəticə əldə ediblər.

Lent.az 24News.ge istinadən xəbər verir ki, Tbilisidə keçirilən yarışmada 10 nəfər oğlan iştirak edib.

"Mister Valentin Georgia 2022" gözəllik yarışmasının qalibi əslən Bolnisidən olan Elizbar Məmmədov, ikinci yeri Dmanisidən olan Əziz Musayev, üçüncü yeri isə Tbilisidən olan Giorgi Kutxaşvili qazanıb.

İlk üçlükdə yer tutan yarışmaçılara müxtəlif hədiyyələr təqdim olunub. Özlərinə favori seçimində isə münsiflərin bir çoxu Elizbar Məmmədovu və Əziz Musayevi seçiblər və onlar müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Elizbar Məmmədov 2019-cu ildə Gürcüstanda "Mister Golden Brand" gözəllik yarışmasında ikinci yeri qazanmışdı.

Xatırladaq ki, Elizbar Məmmədov əslən Bolnisi rayonunun Sənəb kəndindəndir. O, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetininin ibtidai sinif müəllimliyini bitirib. 5 ildir ki, həvəskər idmanla və "Powerlifting" idmanının "Bench-press" növü ilə məşxul olur. Elizbar Məmmədov 2020-ci və 2021-ci illərdə 24News Tv internet televiziyasının "Gəncin yolu" və "Sosial Eksperiment" verilişlərinin aparıcısı olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3921
avatar

Sevinc Fərid

Oxşar yazılar

Dizayner sizi cavanlaşdıran aksessuarı  açıqladı

Dizayner sizi cavanlaşdıran aksessuarı açıqladı

3 iyul 2024 , 10:20
Yayda istifadə edə biləcəyiniz aksessuarlar

Yayda istifadə edə biləcəyiniz aksessuarlar

2 iyul 2024 , 10:03
İsti havada BU GEYİMLƏRƏ  üstünlük verin

İsti havada BU GEYİMLƏRƏ üstünlük verin

28 iyun 2024 , 14:31
Yayda bu ayaqqabılar  dəbdə olacaq

Yayda bu ayaqqabılar dəbdə olacaq

22 iyun 2024 , 15:04
Mandarin qabığı ilə ÜZ TƏMİZLƏMƏYİN  faydaları

Mandarin qabığı ilə ÜZ TƏMİZLƏMƏYİN faydaları

20 iyun 2024 , 10:36
Cins şortları  bu geyimlər əvəz edəcək

Cins şortları bu geyimlər əvəz edəcək

17 iyun 2024 , 10:58
Dünyanın ən uzun gəlinlik  donu tikildi – REKORD

Dünyanın ən uzun gəlinlik donu tikildi – REKORD

7 iyun 2024 , 19:34
 Ən təhlükəli   yay ayaqqabıları AÇIQLANDI

Ən təhlükəli yay ayaqqabıları AÇIQLANDI

3 iyun 2024 , 18:06