Daban çatlarını aradan qaldırmaq üçün nə etməliyik? - Həkimdən XANIMLARA MƏSLƏHƏT
26 may 2021 10:54 (UTC +04:00)

Daban çatlarını aradan qaldırmaq üçün nə etməliyik? - Həkimdən XANIMLARA MƏSLƏHƏT

Gözəl və baxımlı ayağa sahib olmağı hər kəs arzulayır, xüsusilə qadınlar. Amma çox vaxt dabanlarda yaranan çatlar bu istətyimizə kölgə salır. 

Daban çatları nədən və hansı xəstəlikdən yaranır? 

Lent.az-a açıqlama verən həkim -fizioterapevt Ramin Quliyev qeyd edir ki, dırnaq göbələkləri kimi ayaq göbələkləri də fiziki olaraq insanları narahat edən problemlərdən biridir:

Həkim -fizioterapevt Ramin Quliyev

“Daban çatları dərin olduğu üçün bədənə mikroorqanizmlərin daxil olması üçün əlverişli şərait yaradır. Mikroorqanizmlərin bədənə nüfuz edilməsi, hemoragik və hətta iltihablı xəstəliklərə səbəb ola bilər. Topuq çatları diabet, qan dövranı pozğunluqları və xroniki xəstəlikləri olan insanlarda, sağlam insanlara nisbətən daha çox rast gəlinir” .

Ramin Quliyev buna səbəb kimi quru dəriyə malik olmağı əsas gətirir:

“Dabanda sərtlik varsa, kiçik bir zərbədən çatlaya bilər. Bundan əlavə, artıq çəki, soyuq və nəmli hava, ayaqdakı göbələk infeksiyası, uzun müddət ayaq üstə qalmaq, arxa hissəsi açıq ayaqqabı geyinmək, diabet və zob xəstəlikləri və.s bütün bunlar topuqlarda çatların yaranmasına səbəb ola bilər. 

Həkim -fizioterapevt daban çatlarının qarşısını almaq üçün quru dəriyə sahib olan insanların nəmləndirici vaistələrdən istifadə etməyi, tərkibində E vitamini olan kremlərə üstünlük verməyi  məsləhət görür. 


Ramin Quliyev həmçinin, rahat ayaqqabı seçmək, ehtiyac olarsa, apteklərdə satılan xüsusi içliklərdən almağı, ayaqları yuduqdan sonra nəm saxlamağı, uzun müddət açıq ayaq deyil, corab geyinməyi, topuğunuzla sərt və qəfil hərəkətlər etməməyi tövsiyyə edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4407
avatar

Nigar Adil

Oxşar yazılar