“Cartier” brilyantlarla bəzədilmiş   saatını təqdim etdi
16 mart 2024 18:10 (UTC +04:00)

“Cartier” brilyantlarla bəzədilmiş saatını təqdim etdi

Dünyanın ən tanınmış zərgərlik brendlərindən biri olan “Cartier” yeni kolleksiyasını təqdim edib.

Lent.az xəbər verir ki, kolleksiyada çoxlu qeyri-adi oynaq və rəngarəng təkliflər arasında “Karabiner” saatı xüsusi diqqət çəkib. Saat üçbucaqlı karabin formasında təqdim olunub. Onun əsas korpusu və siferblatası bütün səthi almaz “pave” ilə bəzədilib. “Karabiner”in xarici kənarları bagetlə kəsilmiş brilyantlarla bəzədilib.

Saat qutusu da eyni formada kəsilmiş zümrüd və sapfirlərlə çərçivəyə salınıb. Hər iki tərəfdə oniks və xrizopraz, firuzəyi, qara şpinel və lapis lazulidən ibarət böyük bir-birini əvəz edən muncuqlar var. 

Tam funksional bu karabinli saatı cəlbedici aksesuar kimi kəmərə və çantaya taxmaq mümkündür. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4665
avatar

Sevinc Fərid

Oxşar yazılar