Pandemiya nə qədər davam edəcək, hələ nə qədər maska taxmalı olacağıq? Bu sualların cavabı bəlli deyil. Hətta Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) belə bu suallara cavab verə bilmir. Belə məlum olur ki, virusdan qorunmaq üçün hələ xeyli maska taxmalı olacağıq.
Lent.az xarici KİV-ə istinadən sizə bu mövsümün ən gözəl maskalarını təqdim edir. Onu da qeyd edək ki, maska taxsaq belə çoxumuz artıq COVİD 19-a yoluxmuşuq. İndi bir çoxu maskanı yalnız cərimələrdən qorunmaq üçün taxır. Maskaların effektivliyi və qorunma dərəcəsi hələ sual altındadır. Bəs hansı maska ilə daha estetik görünə bilərik?
Özlərinə və tərzlərinə xəyanət etməyən Dolce & Gabbana kimi tanınmış markalar da maska istehsalına başladılar.
Dünyaca məşhur olan Louis Vuitton moda evi də bizə qoruyucu maskalar üçün öz seçimlərini təklif edir.
Həmişə maraqlı seçimləri ilə diqqət çəkən modelyer Aleksander Arutyunovun maskaları da çox bəyənilənlərin arasındadır. O belə deyir:
“Bütün bu çirkin maskalara baxa bilmirəm. Gözəl gəzin”.
Xatırladaq ki, sosial şəbəkədə insanlar populyar onlayn internet mağazası olan Farfetchdə həddən artıq baha satılan Off-White markalı koronavirus maskalarına qarşı çıxdılar.
Twitter-də qiyməti 500 ilə 1000 dollar arasında olan maskalarla bağlı qalmaqal yaşandı. Hətta belə ittihamlar səsləndi:
“Ayıbdır, bu maskalar virusdan belə qoruya bilməz. Virusa yoluxma qorxusu üzərindən özlərinə fayda əldə edənlər günahkardır".
Nəticədə Farfetch rəhbərliyi məhsulu çeşiddən çıxarmaq qərarına gəldi.
Ancaq indi insanların seçim imkanı daha çoxdur.
Unutmayaq ki, bizə maska ən birinci virusdan qorunmaq üçün lazımdır. Bu cür keyfiyyəti olan maskanın gözəl görünüşü isə daha yaxşıdır.