Dünyanın ən məşhur geyim markalarından olan “Balenciaga” zaman-zaman bomba kimi düşən kolleksiyalarla gündəmə gələ bilir.
Lent.az xəbər verir ki, “Balenciaga”nın yaxın günlərdə davamlılıq və istehlak çılğınlığına reaksiya məqsədi ilə təqdim etdiyi ultra köhnəlmiş ayaqqabılar kolleksiyası qiymətləri və dizaynları ilə istehza mövzusuna çevrilib.
“Paris İdman Ayaqqabısı” adlı ayaqqabı kolleksiyası əsasən klassik “Converse” modellərinə bənzəyir.
"Balenciaga"dan verilən açıqlamalara görə, Paris seriyasından cəmi 100 cüt ayaqqabı istehsal olunacaq. Beləliklə, bu ayaqqabıları hər kəs ala bilməz.
"Balenciaga"nın bu dəb ayaqqabı dizaynının əsas səbəbi davamlılığa və istehlakçılığa reaksiyadır. Şirkətin açıqlamasına görə, Paris ayaqqabıları ömürlük geyinmək üçün hazırlanır. Ancaq buna baxmayaraq, ayaqqabının qiymətini eşidəndə bunun marketinq strategiyası olduğunu düşünə bilərsiniz.
Bundan söz düşmüşkən, demədən keçməyək, "Balenciaga"nın köhnəlmiş ayaqqabılarına sahib olmaq istəyirsinizsə, 495 avrodan (təxminən 1850 dollar) keçməlisiniz.
Şirkətin nümayiş etdirdiyi dizaynlardan bəziləri bunlardır: