Türk xalq musiqi sənətçisi Bedia Atatürk estetik əməliyyat etdirib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, bununla bağlı 81 yaşlı ifaçının həkimi şəxsi “Instagram” hesabında paylaşım edib.
“Bedia Akartürk Samsuna gələrək, mənə “Mən də üzümdə dəyişiklik istəyirəm. Daha gənc və daha gözəl bir üzə sahib olmaq istəyirəm" dedi”, - həkim deyib.
Üz gərdirmə əməliyyatından sonra sənətçi Samsunda konsert verərək, sevənləri ilə görüşüb.