2025-in yaz aylarında makiyaj trendi
09 aprel 2025 14:06 (UTC +04:00)

2025-in yaz aylarında makiyaj trendi

Bahar - dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınıza həm orijinallıq, həm də oyunçuluq qatacaq.

Makiyajınızın trendə uyğun olması və ətrafdan komplimentlər toplaması üçün nələri nəzərə almaq lazımdır?

1. Tonal kremdən imtina edin

Hazırda trend - təbii görünüşdür. Mütəxəssislər qalın tonal krem qatlarından uzaq durmağı məsləhət görürlər, çünki bu, üzünüzdə maska effekti yaradır. Dərinizin nəfəs almasına və təbii şəkildə parlamasına imkan verin. Əvəzində parıltılı primerlər və krem əsaslı haylayterlər istifadə edə bilərsiniz.

2. Pastel kölgələr çox uyğundur

Parıltılı pastel göz kölgələri bu mövsümün əsas üslub elementlərindəndir. Onlar baxışlarınıza parıltı və zəriflik qatacaq. Bej və çəhrayı tonları seçin — bu rənglər istənilən obrazla mükəmməl uyğunlaşır.

3. Layner və oxlar trenddən düşmür

Rəngli göz laynerləri və ifadəli oxlar yenə də dəbdədir. Bu bahar siz də cəsarətlə rənglərlə oynayın. Bənövşəyi, açıq mavi, nanə yaşılı və limon sarısı -  fərqli rəngləri sınamaqdan çəkinməyin və fərqliliyin dadını çıxarın.

4. Rumyana vurğusu vacibdir

Çəhrayı yanaqlar həmişə sevimli görünür. Bu yaz isə vizajistlər rumyananı ənənəvi olaraq yanaqların yuxarı hissəsinə deyil, düz orta hissəsinə çəkməyi tövsiyə edir. Bu, hazırda sosial şəbəkələrdə məşhur olan “uşaqsayağı çəhrayı yanaq” effekti yaradır. Təbii görünüş üçün qalın qat vurmaqdan çəkinin.

5. Dodaqlar obrazın "kişmişi" olmalıdır

Dodaqlara da xüsusi diqqət yetirin. Mövsümün trend rəngləri - moruq, koraL və hətta narıncıdır. Mat pomadalar əvəzinə parlaq və ya yarımşəffaf teksturaları sınamaqdan qorxmayın - obrazınıza təravət və cazibə qatacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226

Oxşar yazılar