Krasnoyarsk diyarında 43 yaşlı rusiyalı qadın toydan bir gün sonra 44 yaşlı ərini qətlə yetirdiyinə görə saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, istintaqın məlumatına görə, mayın 16-da Zelenoqorskda cütlük toy edib və ertəsi gün bu hadisəni bir dostunun əhatəsində qeyd etmək üçün toplaşıblar. Bayram şənliyi zamanı yeni evlənənlər mübahisə edib və qadın mətbəx bıçağı ilə ərinə güclü zərbəsi vurub, nəticədə kişi ölüb.
Cəzadan yaxa qurtarmaq ümidi ilə qadın hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verərək ərini dostlarının bıçaqladığını bildirib. Lakin müstəntiqlər qadının cinayətdə əli olduğunu müəyyən ediblər.