Toydan əvvəl, "Ayağına bas!", elti olmaq... - BATİL EVLİLİK İNANCLARI
23 sentyabr 2021 20:15 (UTC +04:00)

Toydan əvvəl, "Ayağına bas!", elti olmaq... - BATİL EVLİLİK İNANCLARI

Müasir dövrümüzdə dünyanın hər yerində xurafat inanclı insanlar var.

Hətta elə insanlar var ki, evlənərkə xurafat dolu inanclardan istifadə edir. 

Lent.az xarici KİV-ə istinadən dünyada mövcud olan batil evlilik inanclarını təqdim edir:

"Ayağına bas!"

Nikah bağlanarkən gəlinin bəyin ayağına basması hər kəsə məlum olan ən çox yayılmış inanclardan biridir. Bu ritual bir çox ölkələrdə geniş yayılıb. Anlamı isə o deməkdir ki, evlilikdə qadının sözü keçəcək.

Düyü atmaq

Yeni evlənən cütlüyə düyü atmaq evlərinə bolluq gətirəcəyi anlamına gəlir.

Ayaqqabının altına adınızı yazın

Təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerində məşhur xurafatlardan biri də gəlinin ayaqqabısının altına yazılmış dostların adlarıdır. Bu adlardan hansı ilk silinsə, evlənən ilk şəxs onun olacağına inanılır.

Asqırmağın şans gətirəcəyini bilirdinizmi?

Toy gününün günorta saatlarında toy sahibi asqırarsa, bu ona uğur gətirəcəyi anlamına gəlir.

May ayında evlənmək

Qədim dövrlərdə Romalılar arasında may ayı müqəddəs sayıldığı üçün bu ayda evlənməyə icazə verilmirdi. Bu səbəbdən cütlüklər toy günü olaraq Mayı seçməmək üçün diqqət edirlər.

Doğum gününüzdə evlənmək o qədər də romantik bir fikir olmaya bilər!

İnanca görə, ad günündə evlənmək şansızlıq gətirir. Buna görə də tarixi elə seçin ki, doğum günü ilə üst-üstə düşməsin.

Bacınla elti olmaq

İki bacının iki qardaşla evlənməsini uğursuzluq hesab edən xalqlar da var. Bunun səbəbi, yalnız bir bərəkətin olduğuna inanmaq və heç bir cütlüyün buna sahib ola bilməməsi xurafatıdır.

Gəlinliyinə mirvari taxmağı düşünənlər üçün...

Meksikada, gəlinin toy günü mirvari taxması bədbəxtlik kimi yozulur. Mirvari göz yaşlarını simvolizə etdiyi üçün gəlinin evliliyi boyu ağlayacağına inanılır.

Gəlinlik toydan əvvəl görünməz!

Braziliyada, Meksikada, Kolumbiyada və bir çox başqa ölkələrdə bəyin toydan öncə gələcək həyat yoldaşını gəlinlikdə görməsinin gəlinə bədbəxtlik gətirəcəyi anlamına gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11802
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar