Torreyra və Devrim Özkan Bodrumda:  Eşq həyatına daha bir şans
04 avqust 2025 16:03 (UTC +04:00)

Torreyra və Devrim Özkan Bodrumda: Eşq həyatına daha bir şans

"Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra və aktrisa Devrim Özkan eşq həyatlarına daha bir şans verib. Tez-tez birlikdə olub ayrılıq münasibətləri ilə bağlı xəbərlərdə olan cütlük, yenidən bir araya gəlib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur cütlük qovuşmalarını Bodrumda mavi turda qeyd edib. 

"Qalatasaray"ın futbolçusu Lukas Torreyra və aktyor Devrim Özkan 2023-cü ildə eşq xəbərləri ilə gündəmə gəlib. Özkan "Həyatımda yeganə işimdir" deyərək bu iddiaları təkzib etsə də, məşhur cütlük daha sonra eşq elan edib. Münasibətlərini 2024-cü ilin əvvəlində bitiriblər. Ancaq ayrılığa uzun müddət dözə bilməyiblər, avqustda münasibətlərini ikinci dəfə sınayıblar. 

Lucas Torreira ve Devrim Özkan aşkı yeniden alevlendi

Devrim Özkan və Lukas Torreyra münasibətlərində təəccüblü bir inkişaf yaşanıb. Özkan ötən şənbə günü "Qalatasaray" - "Latsio" oyununda Torreyranın iki qol vurduğu şəklini “Instagram” səhifəsində paylaşıb. Uğurlu futbolçu hekayəyə "Həyatımın sevgisi" ilə cavab verib. Cütlük yenidən bir-birini izləməyə başlayıblar. 

Oyundan sonra Torreyra sevgilisi ilə birlikdə olmaq üçün Bodruma yollanıb. Məşhur cütlük qayıqda istirahət edərkən kameralara tuş gəlib. Devrim Özkan və Lukas Torreyra dostları ilə qayıqda foto çəkdirərək, yan-yana pozalarını izləyiciləri ilə bölüşüblər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar