Türkiyəli tanınmış aktrisa Seda Bakan kosmetoloji bir brendin siması olub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Seda bu barədə ona verilən suallara səmimi cavab verib.
Aktrisa övladlarından danışarkən bəd nəzərdən çox qorxduğunu deyib:
“Övladlarıma da reklam təklifləri gəlir. Ancaq həyat yoldaşım icazə vermir. Ataları evə bir sənətçinin kifayət etdiyini deyir. Nəzərdən çox qorxuram. Hətta sosial şəbəkə hesablarım da belə paylaşmağa çəkinirəm”.
Qeyd edək ki, Seda Bakan "Kardeş payı", "Arif V 216", "Behzat Ç" kimi seriallarda rol alıb.