Sevgilisi üçün kredit götürdü: Ailəsini  evdən məhrum etdi
15 mart 2023 18:20 (UTC +04:00)

Sevgilisi üçün kredit götürdü: Ailəsini evdən məhrum etdi

Perm sakini sevgilisi üçün 450 min rubl (6 min dollara yaxın) kredit götürüb və nəticədə ailəsini yeganə evindən məhrum edib.

“Mənim dəli kimi sevdiyim və onun təsiri altında olduğum bir gənc var idi. Dedi ki, biznesini inkişaf etdirmək üçün pul lazımdır, mən də bankdan kredit götürdüm”, - Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qadın bildirib.

Qadının sözlərinə görə, sevgilisi krediti qaytaracağına söz versə də, sözünün üstündə durmayıb. Əvəzində kişi mübahisəyə başlayıb və ünsiyyəti kəsib. Bir müddət sonra permli qadın bilib ki, onun mənzili borc öhdəliklərinə görə satılıb.

Mənzilin keçmiş sahibinin vəkilinin sözlərinə görə, bank qadını çaşdırıb - o bilmirdi ki, adi kredit əvəzinə ona daşınmaz əmlak girovu ilə kredit verilib. Mütəxəssisin sözlərinə görə, zərərçəkmiş bütün mümkün hüquqi nəticələri dərk etməyib.

İndi mənzilin yeni sahibləri qadını və ailəsini yaşayış yerindən çıxarmağa çalışırlar - onlar artıq elektrik naqillərini kəsiblər və iki dəfə qapının qıfılını yapışqanla doldurublar. Qadın polisə müraciət edib, orada artıq hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3318
avatar

Oxşar yazılar