Şahzadə Uilyam  müğənni Britni Spirslə sevgili olub?
16 sentyabr 2022 18:04 (UTC +04:00)

Şahzadə Uilyam müğənni Britni Spirslə sevgili olub?

İngiltərə şahzadəsi Uilyamın bir vaxtlar müğənni Britni Spirslə münasibəti olduğu ortaya çıxıb. 

Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər saytı yazıb. 

Uzun illər bu haqda kifayət qədər şayiələr yayılmışdı. Amma hər zaman Bukingem Sarayı bu xəbəri təkzib edib. 

Məlumata görə, təxminən 20 il əvvəl Britni Spirs kral III Çarlzın oğlu Şahzadə Uilyamla gizli münasibət yaşayıb. Hətta 2002-ci ildə müğənni Spirs Britaniyaya qastrol səfəri zamanı Uilyamın onu görüşə dəvət etdiyini deyib. 

Müğənni 20 yaşında "Bir az telefonla danışdıq və o, gəlib məni görmək istədi. Lakin görüş alınmadı", deyə açıqlama vermişdi. 

Hətta Britni bu müsahibə zamanı məşhur müğənni Castin Timberleyklə sevgili idi. O, Uilyamın onunla görüşmək fikrindən niyə daşındığını da bilmədiyini dilə gətirmişdi. 

Qeyd edək ki, keçən il Kristofer Andersinin “Qardaşlar və həyat yoldaşları: Uilyam, Keyt, Hari və Meqanın şəxsi həyatları” adlı kitabında Britni və şahzadənin virtual münasibətləri haqqında məlumat paylaşmışdı: 

"Uilyam və Spirs gəncliklərində bir araya gəlməyə çalışıblar. Onların telefon danışıqları olub, amma bu müddət ərzində görüşdüklərini düşünmürəm", deyə müəllif bildirib.

Bildiyimiz kimi, 2003-cü ildə Uilyam indiki həyat yoldaşı Keyt Middltonla görüşməyə başlayıb. Britni isə 2002-ci ilin sonlarında Castin Timberleykdən xoşagəlməz şəkildə ayrılmışdı. 

Xatırladaq ki, Britninin hazırki həyat yoldaşı Sem Əsgəri adlı rəqqasədir. Onlar 2016-cı ildə tanış olub və bu il evləniblər.  


# 2232
avatar

Sevinc Fərid

Oxşar yazılar

Xoşbəxt ailənin sirri BUNLARDIR

Xoşbəxt ailənin sirri BUNLARDIR

26 noyabr 2022 , 13:20
Gəlinliyinə görə   bəydən ayrıldı

Gəlinliyinə görə bəydən ayrıldı

22 noyabr 2022 , 19:12
Sevgilisinin  saqqalından infeksiya   keçdi

Sevgilisinin saqqalından infeksiya keçdi

22 noyabr 2022 , 12:50
Azərbaycanlı blogger cütlük MARSA UÇDU

Azərbaycanlı blogger cütlük MARSA UÇDU

18 noyabr 2022 , 14:15
20 kilo arıqlayan qadın  ƏRİNİ BOŞADI

20 kilo arıqlayan qadın ƏRİNİ BOŞADI

16 noyabr 2022 , 13:42
Bu cütlüklə şam yeməyi etmək üçün 1 milyon ÖDƏNİLMƏLİDİR

Bu cütlüklə şam yeməyi etmək üçün 1 milyon ÖDƏNİLMƏLİDİR

15 noyabr 2022 , 10:51
Onu döyən ərindən  11 milyonluq hədiyyə 

Onu döyən ərindən 11 milyonluq hədiyyə 

14 noyabr 2022 , 12:03
Yaraşıqlı aktyor 16 yaş kiçik  sevgilisi ilə görüntüləndi 

Yaraşıqlı aktyor 16 yaş kiçik sevgilisi ilə görüntüləndi 

14 noyabr 2022 , 09:39