Britaniyanın Mumsnet forumunun istifadəçisi sevgilisinin xəyanətindən xəbər tutub və ondan qisas almaq üçün qeyri-adi üsul tapıb. Onun paylaşımına 20 səhifədən çox şərh gəlib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qadın sevgilisi ilə eyni telefon modellərinin olduğunu və qadcetini enerjiyə qoşduğunu, lakin o, duşda olarkən oğlan ondan xəbərsiz telefonunu şarj cihazına qoşduğunu və yatmağa getdiyini bildirib.
“Telefonda mesaj aldım, onu özümünkü hesab etdim. Oxumağa qərar verdim və gördüm ki, hansısa qadındandır. Öpüşlərinin nə qədər ehtiraslı olduğunu söylədi", - qadın deyib.
Sevgilisinin məşuqəsi olduğunu anlayan istifadəçi, onun iş üçün evdən çıxdığı iddia edilən zaman birlikdə gecələdiklərini öyrənib.
Qadın onu aldadan sevgilisini oyatmamaq və onunla hər şeyi həll etməmək qərarına gəlib. Bunun əvəzinə o, sevgilisinin mesajının skrinşotunu çəkərək partnyorunun telefonunun ekran qoruyucusuna yerləşdirib. Qadın hesab edir ki, bu şəkildə kənarda kiminlə bir əlaqəsi olduğunu qətiliklə inkar edə bilməz
Forum istifadəçiləri qadını dəstəkləyib və onun qisas planına heyran olublar. Çoxları belə şəraitdə sakitcə səhərə qədər gözləyə bilməyəcəklərini qeyd ediblər. Bəzi şərhçilər ona xain üçün əvvəlcədən çamadan hazırlamağı məsləhət görüblər.