Qadın  ər axtarmaq   üçün 120 min xərclədi: Tək qaldı
25 oktyabr 2023 13:15 (UTC +04:00)

Qadın ər axtarmaq üçün 120 min xərclədi: Tək qaldı

Moskva sakini evlilik agentliyinin xidmətlərinə 12 milyon rubl (120 min dollardan çox) xərcləsə də, sonda tək qalıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 52 yaşlı Yelena ilk dəfə 2000-ci illərin əvvəllərində “Birlikdə və əbədi” agentliyinin xidmətlərinə müraciət edib. Bir neçə il ərzində ər axtaran moskvalı oyunbazlara bir neçə milyon rubl verib, lakin heç nə əldə edə bilməyib. Ona deyiblər ki, uyğun kişi tapılıb, amma heç vaxt görüşə gəlməyib. Eyni zamanda, Yelena agentlikdən şikayət edə bilməyib, çünki o, əvvəlcədən iddiasızlıq müqaviləsi imzalayıb.

2022-ci ilin sonunda şirkət mütəxəssisləri onunla yenidən əlaqə saxlayıb, başqa kişi ilə görüşməyi təklif ediblər. Yelena 2,9 milyon rubl (31 min dollar) ödəyib, lakin görüş yenidən baş tutmayıb. Həmçinin agentliyin əməkdaşlarından biri ondan qəbzlə 3,5 milyon rubl borc alıb və yoxa çıxıb.

2023-cü ilin oktyabrında məyus moskvalı polisə ərizə ilə müraciət edib.
 

# 6165
avatar

Oxşar yazılar