Ölən arvadının kloununu yaratdılar: Onunla gəzir, rəqs edir
05 fevral 2021 19:42 (UTC +04:00)

Ölən arvadının kloununu yaratdılar: Onunla gəzir, rəqs edir

Cənubi koreyalı kişi alimlərin onun üçün yaratdığı mərhum arvadının tam oxşarı olan bir virtual nüsxəsi ilə görüşüb. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu hekayə haqqında "Mən sizinlə görüşdüm" adlı sənədli film çəkilib.

51 yaşlı dul Kim Çon Su həyat yoldaşının ölümündən sonra beş uşaq böyüdür. Sevdiklərinizin onlayn klonları ilə tanış ola biləcəyiniz bir televiziya layihəsini öyrəndikdə, bu layihədə iştirak etməyə qərar verib.

Kim Çon Sunun uşaqları əvvəlcə bunun əleyhinə olublar, ancaq sonda atalarının təşəbbüsünü dəstəkləyiblər. 

Vəfat etmiş həyat yoldaşının virtual surəti altı ay müddətində yaradılıb. Sonda kişi onunla bağda gəzməyi və hətta rəqs etməyi bacarıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4476
avatar

Oxşar yazılar