Milyarderlərin  KEÇMİŞ ARVADLARI   necə yaşayır?
11 may 2021 14:38 (UTC +04:00)

Milyarderlərin KEÇMİŞ ARVADLARI necə yaşayır?

Planetin ən varlı adamlarının keçmiş arvadlarının sıyahısına biri də əlavə olundu - Bill və Melinda Qeytsin 27 illik evlilikdən sonra boşandıqları məlum oldu.

Lent.az xarici mediaya istinadla bildirir ki, xanım Qeytsin gələcək taleyi ilə bağlı hələ ki heç bir şey dəqiq məlum olmasa da,  sizə milyarderlərin digər keçmiş həyat yoldaşlarının layiqli "təzminat" qazanıb-qazanmadıqlarını və yüksək səviyyəli boşanmalardan sonra həyatlarının necə davam etdiyini çatdırcağıq.

Anna Merdok keçmiş həyat yoldaşına nə bağışlaya bilmədi? Donald Tramp ilk həyat yoldaşı İvana ilə bu gün hansı əlaqədədir?

Məhkəmə, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin keçmiş arvadına ayda 3 milyon avro ödəməli olduğuna niyə qərar verdi?

Anna Merdok
 

Anna və Rupert Merdok

Rupert Merdok jurnalist Anna Torv ilə 1962-ci ildə müsahibə zamanı tanış olub, 5 il ötəndən sonra evləniblər. Anna iş adamının ikinci arvadı idi və məhz bu nikah sayəsində Merdok uğurlu media maqnatına çevrilib. Böyük nəşrlərin sahibi olaraq, həyat yoldaşının “Ailə biznesi” (1988-ci il), “Razılığa gəlmək” (1991-ci il) romanlarını çap etdirərək həyat yoldaşı üçün uğurlu bir karyera "etmişdi", onu “News Corporation”un müstəqil direktoru təyin etmişdi.

Ancaq Rupert və Anna 1999-cu ildə boşanmaq qərarına gəliblər. Merdok bundan sonra keçmiş arvadına 1,7 milyard dollar (bunun 110 milyonu nağd ödənib) ödəyib. 

Anna bir neçə ay sonra başqa bir uğurlu iş adamı ilə qarşılaşır və həyatı xoşbəxt davam edir. Lakin 2010-cu ilin əvvəlində gözlənilmədən məlum olur ki, Annanın birinci ərlə bağlı ciddi şikayətlər var. 

“News Corporation” ilə rəqib bir şirkətə açıq bir müsahibə verir və "ideal" evliliklərinin fasadının arxasında nə gizləndiyini açıqlayır.

Annanın sözlərinə görə, Rupert Merdok “son dərəcə inadkar və amansız” kişi olub, boşanma razılaşması imzalanan kimi onu öz şirkətinin direktorlar şurasından qovub. 

Makkenzi Skott

Makkenzi Skott və Ceff Bozes

Milyarder Ceff Bezosun xeyriyyəçi və yazıçı Makkenzi Skott ilə 25 illik nikahları nümunəvi hesab olunurdu. Evləndiklərindən bir il sonra Ceff “Amazon”u yaradıb və Makkenzi şirkətin ilk rəsmi əməkdaşı olub. Onlar keşməkeşli yollardan keçiblər, 3 doğma oğullarını və bir övladlığa götürdükləri qızlarını böyüdüblər, nəhayət Amerikanın varlı cütlüklərindən birinə çevriliblər, davamlı olaraq xeyriyyəçilik yardımlarını ehtiyacı olanlara köçürüblər. 

Ancaq Bezos və Skott 2019-cu ildə ayrılmaları ilə bağlı xəbərlə bütün dünyanı təəccübləndiriblər. Onların birgə açıqlamasında qeyd edilirdi ki, nikahın pozulmasına baxmayaraq, onlar “tərəfdaş və dost” kimi qalacaqlar. 

Mülkiyyətin bölüşdürülməzi zamanı Ceff keçmiş həyat yoldaşına varidatının dörddə birini – “Amazon”un 19,4 milyon səhmini (4 faizini) verib. Bu səhmlərin dəyəri 38,3 milyard dollar qiymətləndirilir. 

Bundan sonra Makkenzi dərhal dünyanın ən varlı qadınlarının reytinqində 3-cü sırada qərarlaşıb. 

Bezos boşandıqdan az sonra ictimaiyyət qarşısında yeni qadınla görünməyə başlayıb, Makkenzi də özünün şəxsi həyatını qura bilib. 

2021-ci ilin mart ayında məlum olub ki, o, məktəb müəllimi Dena Cuettaya ərə gedib. İsti dostluq münasibətləri saxlayan keçmiş əri Makkenzini yeni evliliyi münasibətilə təbrik edib.

“Den əla oğlandır və mən hər ikisi üçün sevinirəm və xoşbəxtəm”, - Bezos deyib. Skottun karyerası da yüksəlişə doğru gedir. O, ötən il gəlirini koronavirus pandemiyası fonunda “Amazon” şirkətinin səhmlərinin bahalaşması sayəsində artırıb. 

İvana Tramp
 

İvana Tramp və Donald Tramp

Uğurlu iş adamı və siyasətçi Donald Tramp hər zaman özünü gözəllərlə əhatə etməyi sevib. İlk arvadının da çox gözəl bir qadın - çexoslovakiyalı idmançı və model İvan Zelniçkov olması təəccüblü deyil. Onlar 1970-ci illərin ortalarında Manhettəndəki restoranda tanış olublar. O zamana qədər Donald Tramp artıq karyerası çox uğurla inkişaf edən "şəhər pleyboyu" kimi tanınmışdı. İş adamı ilə cazibədar modelin çox ümumi cəhətləri var idi: ictimai tanınma, ictimai həyat sevgisi və əvvəlkindən daha da zəngin olmaq istəyi. Ümumi ideallar, Donald və İvananın evliliyinin müvəffəqiyyətinin açarı olur.

Aktiv qadın kimi dərhal ərinin sağ əlinə çevrilir: o, Atlantik-Sitidəki Taj Mahal kazinosunun və Nyu-Yorkdakı Tramp Tauer göydələnin tikintisinə rəhbərlik edir, Trampın şirkətinin dizayn üzrə vitse-prezidenti vəzifəsini icra edir. 1990-cı ildə isəməşhur  “Plaza” otelinin təmirinə görə ilin otelcisi seçilir.

Ancaq Donald heç vaxt ortaqlarına, hətta İvana kimi sadiq olanlara sədaqəti ilə seçilməyib. Ərinin gənc bir aktrisa və gözəllik yarışmasının qalibi Marla Meyplz ilə açıq şəkildə onu aldatdığını biləndə boşanma tələb edir. 1992-ci ildə onların nikahı pozulur. İvana dəbdəbəli villa və 25 milyon dollara yaxın pul alır, Donald isə yeni problem və ləkələnmiş nüfuz qazanır. 

Ivana hələ də uğurlarını davam etdirən xanımdır və Donald ilə münasibətləri "dostluq" kimi xarakterizə edilə bilər. 2008-ci ildə keçmiş əri hətta ona italiyalı maneken Rossano Rubikondi ilə toy mərasimini Mar-a-Laqo iqamətgahında keçirməyə razılıq verib. Lakin, təəssüf ki, bu nikah bir il də davam etməyib. 

O vaxtdan bəri, İvana pasportunda möhürü olmayan bir əlaqəyə üstünlük verir və Donald zarafatla keçmiş həyat yoldaşı ilə cəmiyyətdə göründüyü kişiləri “yoldaşlar” adlandırır.

Tramp prezident olanda İvanadan Melanyanın yerində olmaq istəyib-istəmədiyi soruşulmuşdu. Şəxsən "Ağ Evdəki işinin ruhlandırıcı olmadığını" izah edərək mənfi cavab vermişdi.

Melani Kraft
 

Melani Kraft və Larri Ellison

Larri Ellison - amerikalı iş adamı, istedadlı proqram inkişaf etdiricisi, Oracle (“Microsoft”dan sonra dünyanın ən böyük proqram şirkəti) şirkətinin həmtəsisçisidir - bu gün “Forbes”in qiymətləndirməsinə görə dünyanın ən zəngin insanları sıralamasında 5-ci yerdədir.

Onun 4 arvadı olub. İlk üçü müvəffəqiyyət yoluna başladığı 1960-1980-ci illərdə iş adamını müşayiət edib. Larri növbəti onillikdə bazardakı maddi problemlər üzündən diqqətini tamamilə karyerasına yönəldib.

2000-ci illərin əvvəlində, ABŞ-ın iş adamlarının elitasına daxil olanda yenidən həyat yoldaşı haqqında düşünüb. Onun 4-cü arvadı milyarderdən 25 yaş kiçik olan yazıçı Melani Kraft olub. 
Onların toyundakı rəsmi fotoqraf “Apple”nin həmtəsisçisi, Ellisonun dostu Stiv Cobs olub. Melani mərasimdən sonra dərhal yeni kitabını yazmağa başlayıb - üç dəfə boşanan milyarder pleyboy ilə necə evlənəcəyinə dair bir sevgi romanı yazıb. 

Ancaq Larri Elisonla ailə həyatı Melaninin təsəvvür etdiyi nağıllardakı kimi olmayıb. Uzun illər ərinin vəfasızlığına dözməli olub, onların bir çoxu ictimaiyyətin sərvətinə çevrilirdi.

Məsələn, bir dəfə “Oracle”nin Adelin adlı əməkdaşı söyləyib ki, Larri onu sekslə məşğul olmağa məcbur edib. Ancaq iş adamı bu qalmaqalın qarşısını almağı bacardısa da (bədbəxt qadını uydurma dəlillərə görə bir il dəmir barmaqlıqlar arxasına salmaqla belə), lakin nikahı xilas etmək gücündə deyildi. 

2010-cu ildə Melani Kraft çoxdan gözlənilən boşanma sertifikatını alır. Əlbəttə yaxşı qazanc, avtomobillər, yaxtalar və evlər də əldə edir. 

Melaninin sonrakı həyatı haqqında az şey bilinir - yalnız ədəbi fəaliyyətə davam etməsi və hələ də keçmiş ərinin qeyri-kommersiya təşkilatının idarə heyətində olması məlumdur. 

Daşa Jukova

Roman Abramoviç və Daşa Jukova

Oliqarx Roman Abramoviç Daşa ilə tanışlığa qədər iki dəfə evli olub. İkinci xanım, styüardessa İrina ilə 16 il birgə yaşayıb. Oliqarxın bu xanımdan 5 övladı doğulub, lakin ərinin milyarder olduğu üçün ailələrinə artan sosial təzyiqlərin öhdəsindən gələ bilməyib. Abramoviç üçüncü arvadı olduğu sayılan bir qızla tanış olduqda, bu evlilik praktik olaraq tükənmişdi.

2005-ci ildə Barselonadakı futbol tribunalarında milyarder Daşa Jukova ilə tanış olub. Hər ikisi sərbəst olmadığını başa düşsələr də dərhal bir-birlərini bəyəniblər.

Yalnız iki il sonra, Abramoviç İrinadan boşandıqda, Daşa ilə romanı ictimailəşib. Onlar 9 il nikahda olublar. Bu illər ərzində Daşa milyarderə iki uşaq dünyaya gətirib, həmçinin kifayət qədər uğurlu karyerasını da qurub: “Qaraj” müasir mədəniyyət mərkəzini yaradıb və Rusiya incəsənətində ən nüfuzlu fiqurlardan birinə çevrilib. 

Abramoviç və Jukova mətbuata demək olar ki, şəxsi həyatları ilə bağlı şərh verməyiblər, buna görə 2017-ci ildə boşanmaları əsl sensasiya olub. Ancaq cütlük jurnalistləri əmin edib ki, yollarının ayrılmasına baxmayaraq, dostluq münasibətlərini davam etdirirlər.

Daşa Jukova Abramoviçdən ayrılandan iki il sonra yunan milyarder Stavrosa Niarxosa ərə gedib. Cütlüyə yaxın mənbənin məlumatına görə, onlar Fransanın paytaxtında gizli toy ediblər.

Ancaq dörd aydan sonra yeni evlənənlər İsveçrənin Sankt - Moritz şəhərində lüks bir şənlik təşkil ediblər – ora çox sayda tanınmış və hətta Avropa monarxiyasının nümayəndələri (məsələn, kraliça II Yelizavetanın nəvəsi, şahzadə Beatris)də dəvət olunub. Daşa 2021-ci ilin martında Stavrosadan oğul dünyaya gətirib.

Talula Rayli  

Talula Rayli və İlon Mask

2000-ci illərin ortalarında İlon Maskın ilk həyat yoldaşı, ev xanımı və yazıçı Castin Uilson ilə evliliyi çətin anlar yaşayıb: milyarderin həyat yoldaşı faciəli şəkildə ilk övladını itirib, bundan sonra əri ondan uzaqlaşıb, vaxtının çoxunu işdə keçirib, faktiki olaraq evə gəlməyib. 

Sonrakı illərdə Uilson 5 oğul dünyaya gətirsə də, ancaq vəziyyəti xilas edə bilməyib. Ər-arvad arasındakı məsafə aşılmaz bir uçuruma çevrilib.

Bir gün axşam İlon Mask ailə problemlərindən bir az yayındmaq üçün London gecə klublarından birinə gedib. Və birdən baxışları ona gülümsəyən yaraşıqlı bir gənc qızın üstündə qalıb. Bu Talula Rayli olub – aktrisalığa başlayan britaniyalı. 

İlon Musk onu o qədər bəyənib ki, bir neçə həftədən sonra milyarder qızı həftəsonunu Beverli-Hillsdəki bir oteldə keçirməyə dəvət edib. Möhtəşəm bir həftə sonundan sonra İlon bir diz üstə əyilərək Talulaya əlini və ürəyini təklif edib. Qız milyarderin qətiyyətindən şoka düşüb və razılaşıb. Gözəl bir sevgi hekayəsi yalnız İlonun hələ Jastin Uilson ilə evli olması ilə çətinləşib.

Bununla birlikdə, milyarderin qanuni arvadı, bu işdən tez bir zamanda xəbər tutub. İlon və Castin 2008-ci ildə nikalarını pozmaq qərarına gəliblər, məhkəmə çəkişməsi, nəhayət münasibətlərini pozub. Ancaq ixtiraçı buna görə çox narahat olmayıb, çünki boşanmadan altı həftə sonra sevdiyi Talula Rayli ilə evlənib.

Təəssüf ki, ailə idilliyası uzun sürməyib. Talula, İlona üçün işin hər zaman birinci olacağı ilə barışmağa çalışıb, amma bacarmayıb. Onlar 2012-ci ildə boşanıblar. “Bu çox gözəl 4 il idi, - İlon Mask “Twitter2də yazıb. – Mən həmişə səni sevəcəyəm. Bir gün kimisə çox xoşbəxt edəcəksən”. 

Milyarder hiyləgər deyildi: Ayrıldıqdan sonra da Talulu sevməyə davam edib. Təəccüblü deyil, 2013-cü ildə yenidən birləşməyə və yenidən evlənməyə qərar veriblər. Ancaq təəssüf ki, ikinci cəhd də baş tutmayıb. Üç il sonra onlar yenidən boşanıb. 

Talula bu gün aktyorluq karyerasını inkişaf etdirməkdədir və keçmiş əri ilə əlaqə saxlayır. 

“Biz İlonla yaxşı dostlarıq, - o, söyləyir. – Hələ də bir-birimizin qayğısına qalırıq. Əgər həmişə belə olacaqsa, bu çox əladır. Səkkiz il fasilələrlə olsa da, kimsə ilə yaşadığınız zaman, o insanı necə sevəcəyinizi artıq bilirsiniz”. 

Veronika Lario

Veronika Lario və Silvio Berluskoni

İtaliyalı iş adamı Silvio Berluskoni Milan teatrının qrim otağına girir və gənc aktrisa Veronika Lario ilə tanış olur. 

Dərhal aralarında simpatiya yaranır, lakin Silvio artıq Karla Elvira Dal'Olo adlı bir qadınla evli idi. Ancaq aktrisaya qarşı birdən-birə alovlanan duyğuların evlilik bağlarından daha güclü olduğu ortaya çıxır. Bir neçə il sonra iş adamı Karla ilə boşanır və Veronikaya evlilik təklif edir. Evlilik həyatının ilk illəri nisbətən sakit keçir.  Aktrisa üç uşaq dünyaya gətirir və vaxtının çox hissəsini ev işlərinə həsr edir, əri inamla karyera pilləkənlərində yüksəlir, İtaliya hökumətinin tərkibinə daxil olur və ölkənin ən varlı adamı olur.

Ancaq Veronika tezliklə Silvionun evdə daimi olmamasının işlə bağlı iclaslar səbəbindən olmadığını anlamağa başlayır. 2000-ci illərin sonunda İtaliyada Berluskoninin adı ilə bağlı səs-küylü bir neçə qalmaqal olur. Əvvəlcə siyasətçinin model Mara Karfaney, eləcə də eskort agentliyində işləyən qız Patrisia D'Addario ilə gizli romantikaları barədə şayiələr yayılır. Ancaq ən böyük sensasiya Berluskoninin model Noemi Letisianı yetkinlik yaşına çatması münasibətilə təbrik etmək üçün Neapola yola düşməsi xəbərləri olur.

Əlbəttə ki, Veronika Lario ərinin "ikiqat həyatı" ndan şoka düşür. Onu açıq şəkildə "yetkinlik yaşına çatmayanları aldatmaqda" günahlandırır və ərinin "üç övladının 18 yaşının tamam olması tədbirlərində heç iştirak etmədiyini" söyləyir. Sonra boşanma ərizəsi verir.

Məhkəmə siyasətçinin keçmiş arvadına 3 milyon avro məbləğində aylıq aliment təyin edir. Sonra məbləğ 1,4 milyon avroya qədər azaldılır, ancaq Berluskoni bunun da kifayət qədər çox olduğunu iddia edir. Tərəflərin barışığı ilə yalnız 2020-ci ildə aliment işi ilə bağlı məhkəmə prosesi dayandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16128
avatar

Oxşar yazılar