Malaziyada oliqarx oğlu karantin qaydalarını pozaraq toy edib.
Lent.az xarici KİV-ə istinadən bilidirir ki, keçmiş hökumət üzvünün oğlu Tenqku Məhəmməd Hafiz və gəlin Auşən Alagiya toylarına nə az, nə çox, on min qonaq dəvət ediblər. Malaziya qanunlarına görə, hazırda pandemiya səbəbi ilə bir məkana 20 nəfərdən çox insan toplaşa bilməz.
Rəsmi mərasimdən sonra cütlük ölkənin hökümət binası ətrafında avtomobillə gəzintiyə çıxıb, ətrafdakı insanların təbriklərini qəbul ediblər.
Sonda qonaqlara hədiyyələr verilib.
Nigar Adil