Sevgili, həyat yoldaşından ayrılmaq dünyanın sonu deyil. Bu ayrılığı daha gözəl günlər yaşamaq üçün tanrının bir hədiyyəsi olaraq qəbul et.
Lent.az ayrılıq zamanı üzülənlər üçün motivasiya edici fikirləri təqdim edir:
- Bəzən birini itirməklə, özünü yenidən kəşf edirsən.
- Unutma, hər münasibət sonsuza qədər davam edəcək deyə bir qayda yoxdur. Münasibətlər başlayır, öyrədir və gedir...
- Bu günləri bir zaman xatırlayıb deyəcəksən ki, asan olmadı, amma mən bunu da bacardım...
- Ayrılıq zamanı cümlələri seçərək səsləndirən insan sevməyən insandır. Sevilmədiyin bir insandan ayrılmaq isə faciə deyil.
- Heç zaman səni incidən, üzən, tərk edənin arxasınca ağlama, getmə.
- Səninlə hər an birlikdə olmaq istəyəni sev. Səni sevən insan ən gərgin anında səni anlayan insandır.
- Sizə sıradan biri kimi davranan, yolaverən birini sevmək axmaqlıdır.
- Unutma, heç kimə görə üzülməyə dəyməz və gecikmədən həyatında yeni səhifə aç.