Hadisə “Qalatasaray”ın bu ulduzu ilə  eşq yaşayır   - İDDİA
05 dekabr 2023 19:21 (UTC +04:00)

Hadisə “Qalatasaray”ın bu ulduzu ilə eşq yaşayır - İDDİA

Həm Super Liqada, həm də Çempionlar Liqasında yoluna davam edən “Qalatasaray”da çox qızğın hadisələr yaşanır...

Lukas Torreira ilə Devrim Özkanın sevgisindən sonra sarı-qırmızılı komandada danışılacaq daha bir sevgi iddiası ön plana gəlib. Cimbomda son həftələrin ulduzu Hakim Ziyeş üçün eşq iddiası gündəmdədir. 

Lent.az xarici mediaya istinadla Ziyeşin yeni sevgisini təqdim edir... 

"Qalatasaray"ın ulduz futbolçusu Hakim Ziyeşin kiminlə eşq yaşadığı bəlli olub.

Məşhur müğənni Hadisənin ürəyini "Qalatasaray"ın ulduzu Hakim Ziyeşə verdiyi iddia edilib.

Mövsümün əvvəlindən "Qalatasaray"ın oyunlarını izləməyə gələn Hadisə komandanın ulduzu ilə eşq yaşayır. 

"Poor News"un son xəbərində Hadisənin "Qalatasaray"ın oyunlarını izləməsinə səbəbin mərakeşli ulduz Hakim Ziyeş olduğu iddia edilib. 

Hadisə ilə yaxın dost olan Mertens cütlüyünün Hakim Ziyeşin sevgisində böyük rol aldığı öyrənilib.
 

# 5217
avatar

Oxşar yazılar