Gəlin keçmiş sevgililərini  bəydən gizli toya gətirdi 
17 noyabr 2023 15:11 (UTC +04:00)

Gəlin keçmiş sevgililərini bəydən gizli toya gətirdi 

Çində evlənən cütlük arasında qəribə hadisə yaşanıb. 

Lent.az “News Nine”a istinadən xəbər verir ki, toy günü Liu adlı gəlin keçmiş sevgililərini bəydən xəbərsiz toya dəvət edib. 

Bəy toyda həyat yoldaşının keçmiş sevgililərini görüb təəccüblənsə də, heç bir sərt reaksiya bildirməyib. O, sürprizi normal qarşılayaraq, sakitcə nikaha davam edib. 

Sosial şəbəkə istifadəçiləri mərasimdən şəkilləri görəndə kişinin təmkin və sakitliyinə görə onu təbrik edib və gəlini “təhlükəli insan” adlandırıblar. Bəzi insanlar bəyin həyat yoldaşına belə güvənməsinə və qısqanc olmamasına heyran olublar.
 

# 58944
avatar

Sevinc Fərid

Oxşar yazılar