Ərinin  qadın olduğu  ortaya çıxdı: Qayınanası şübhələnəndə...
27 iyun 2022 19:59 (UTC +04:00)

Ərinin qadın olduğu ortaya çıxdı: Qayınanası şübhələnəndə...

Bütün dünya İndoneziyada 22 yaşlı qadının başına gələnlərdən danışır. 10 aydır evli olduğu kişinin qadın olduğunu öyrənən gənc qadının aldatma hekayəsi hamını heyran qoyub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İndoneziyada yaşayan 22 yaşlı gənc qadın onlayn tanışlıq saytlarından özünə uyğun ər axtarırdı. Adı sadəcə N.A. kimi açıqlanan qadın ötən il internet saytlarından birində Ahnaf Arrafif adlı gənclə tanış olub. Arrafifin saytdakı tərcümeyi-halında onun Nyu-Yorkda təhsil almış nevropatoloq olduğu bildirilirdi. O, hündürboylu, yaraşıqlı kişiyə oxşayırdı. İnternetdə bir-birini tapan iki gənc qısa müddətdən sonra mesajlaşmağa başlayıblar.

Cütlük ilk dəfə 2021-ci ilin may ayında Arrafif N.A.nın doğulduğu Jabi şəhərinə gələndə üz-üzə tanış olublar. Onların görüşmə müddəti çox qısa çəkib, çünki Arrafif gənc qadına evlilik təklifi edib. Daha doğrusu, Arrafif dəfələrlə N.A.nı razı salmaq üçün səs yazıları göndərib və onun təkidi nəticə verdikdən sonra evləniblər. Toy 2021-ci il iyulun 18-də baş tutub və onlar dini mərasimlə nikah bağlayıblar.

Əvvəlcə onların evliliyi yaxşı gedib. Əslində, onlar tez-tez bir yerdə olurdular, hətta N.A. Arrafifin cinsi əlaqə zamanı bəzi qaydaları var idi. Arrafif istəyirdi ki, onun cinsi orqanına birbaşa baxılmasın. Həmçinin Arrafif işıqlar sönük halda yalnız çılpaq qalacağını, işıqlı olduğu halda N.A.nın gözlərini parça ilə örtməli olduğunu bildirib. Evli olduqları müddətdə gənc qadın bunların heç birini qəribə hesab etməyib.

Günlər keçdikcə bəy N.A.nın anasına da təsir altına alıb. O qədər yaxşı anlaşırdılar ki, tezliklə Arrafif qayınanasının yanına köçüb. Lakin Arrafifin işinin olmadığı məlum olanda vəziyyət dəyişib. N.A. və anası vəziyyətdən şübhələnməyə başlayıb. Çünki Arrafif onların evinə köçməklə yanaşı, pul istəməyə də başlayıb. Bir neçə ay belə davam edib. Amma gənc qadının anası kürəkəninin fırıldaqçı olduğuna getdikcə daha çox əmin olub.

Bundan başqa, o, Arrafifin kişi olmasından şübhələnərək şəxsiyyətini təsdiq edən sənədi də almağa çalışıb və ötən ilin aprelində buna daha dözməyən qayınanası ona kişi olmadığını deyib. Arrafifin qaçmağa yeri yox idi və hər şey o anda üzə çıxıb. Arrafif əslində Erayani Arrafif adlı qadın idi.

Hadisədən dərhal sonra N.A. və anası polisə müraciət edərək əsl adı Erayani olan bu qadını dələduzluqda ittiham edib. Fırıldaqçı 10 aydır birlikdə olduğu qadını cinsi əlaqə zamanı əlləri ilə aldatdığını etiraf edib. N.A. isə 10 aylıq ərinin əslində qadın olduğunu öyrəndikdən sonra hələ də qorxduğunu və şokda olduğunu bildirib. O da məlum olub ki, Erayani N.A.nın evində olduğu müddətdə onu təhqir edib və tez-tez otağına kilidləyib.

Bəyin əsl kimliyi üzə çıxandan sonra cütlüyün xoşbəxt pozaları və birgə toy anları sosial şəbəkələrdə yayılır. Arrafifin dələduzluqda təqsirli bilinəcəyi təqdirdə həbs edilib-edilməyəcəyi hələlik bəlli deyil. Hamı məhkəmə gününü gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5655
avatar

Oxşar yazılar