Bu ölkədə  seksə razılıq yaşı   13-dən 16-ya qaldırıldı
10 dekabr 2023 19:45 (UTC +04:00)

Bu ölkədə seksə razılıq yaşı 13-dən 16-ya qaldırıldı

Yaponiyada nikah yaşı 13-dən 16-ya qaldırılıb.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Yaponiya cinsi cinayətlərə dair qanunlarda aparılan islahatlardan sonra yetkinlik yaşını yüksəltmək qərarına gəlib.

Yenilik 16 yaşından kiçik yeniyetmələrlə cinsi əlaqənin zorlama sayılacağını nəzərdə tutur. Qanun layihəsində cinayət işinin başlanmalı olduğu hallara dair nümunələrin siyahısı var.

16 yaşına çatmamış uşaqları qorxutmaq, şirnikləndirmək və ya cinsi əlaqəyə çağırmaq üçün pul təklif edən şəxslər bundan sonra bir ilə qədər həbs və ya 500 min yen (3500 dollara yaxın) cərimə cəzası alacaqlar.

Xatırladaq ki, bundan əvvəl Yaponiya inkişaf etmiş ölkələr arasında ən aşağı razılıq yaşına malik idi - 13 yaş. Almaniya və İtaliyada nikah yaşı 14, Fransada 15, Böyük Britaniyada və ABŞ-ın əksər ştatlarında 16, Rusiyada da 16 yaşdır. Yaponiyada 13 yaşından etibarən cinsi razılıq haqqında qanun 1907-ci ildə qəbul edilib və o vaxtdan qüvvədədir.

2017-ci ildə ölkə bu qaydaya yenidən baxmağa cəhd edib, lakin islahatlar kifayət etməyib. 2019-cu ildə Yaponiyada yeniyetmələrin zorlanması ilə bağlı çoxlu sayda bəraət hökmü çıxarıldığı üçün mitinqlər dalğası baş verib.
 

# 8379
avatar

Oxşar yazılar