Bəy qaçdı, gəlin qonaqla evləndi- ŞOK HADİSƏ
20 may 2021 23:17 (UTC +04:00)

Bəy qaçdı, gəlin qonaqla evləndi- ŞOK HADİSƏ

Bəy toydan qaçdığına görə gəlin mərasimə gələn qonaqlardan biri ilə evlənib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, hadisə Hindistanın Uttar Pradeş əyalətinin Kanpur şəhərində baş verib. Toy üçün hər bir hazırlıq görülüb və mərasim başlayıb. Amma bəy qaçıb. Gəlin bunu görəndə evlənmək üçün başqa üsula əl atıb. Tapılmayan bəyin dalınca göz yaşları tökən gəlinə təəccüblü bir təklif gəlib.

Qonaqlardan biri gəlinin uyğun bir kişi ilə evlənməsini təklif edib. Bu təklifi ailə bəyənib və qonaqlar arasından yeni bir bəy seçilib. Beləliklə, toy qaldığı yerdən davam edib.

Qeyd edək ki, bu hadisə Hindistanda ilk dəfə baş vermir. Qısa müddət öncə daha bir bəy toydan qaçıb, gəlin də qonaqlardan biri ilə evlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6078
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar