Tanınmış kanadalı aktrisa və model Pamela Anderson həyatı haqqında çəkilən sənədli filmdə özü ilə bağlı maraqlı açıqlamalar verib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı ulduz keçmiş həyat yoldaşı ifaçı Tommi Linin həddindən artıq qısqanc olduğunu deyib:
“Tommi çox qısqanc idi. O vaxtlar mənə elə gəlirdi ki, əsl sevgi budur. Bir filmdə həmkarım David Çokaçi ilə öpüşmə səhnəm var idi. Amma bunu Tommiyə demədim. Daha sonra o, həmin kadrları görəndə özünü itirdi. Çəkiliş meydançasına gəlib, bir çox şeyi sındırdı, şkafları yumruqladı.
Ona demədiyim üçün üzr istədim və bir daha belə şeyin yaşanmayacağını dedim”,-deyə aktrisa bildirib.
Qeyd edək ki, cütlük 3 il evli olublar.
Pamale Anderson və Tommi Li