Serdar Ortac kimdir?  – Keçmiş milyonçu, sağalmaz dərdə düşən qumarbaz
19 dekabr 2024 20:15 (UTC +04:00)

Serdar Ortac kimdir? – Keçmiş milyonçu, sağalmaz dərdə düşən qumarbaz

O istedadı ilə xarabalıqlardan saraylara yüksəlmiş, ehtirası və xətaları ilə yenidən o xarabalıqlara enmiş adamdır.

Lent.az “Bioqrafiya” rubrikasında türkiyəli sevilən müğənni və bəstəkar Serdar Ortac barədə məlumat verir. 

- Serdar Ortac nə zaman və harada anadan olub?

Serdar Ortaç 16 fevral 1970-ci ildə İstanbulda anadan olub.

- Serdar Ortac harada təhsil alıb?

İbtidai təhsilini Kocamustafapaşada, orta təhsilini isə Suadiyə Liseyində tamamlayıb. Orta təhsilini Haydarpaşa Sənaye Peşə Liseyi, Torna və Nivelir bölməsində bitirib. Uşaq ikən atası ilə işləyir, həftə sonları simit və su satıb. O, iş həyatını və sağ qalmağı atası sayəsində öyrəndiyini, atasına çox şey borclu olduğunu tez-tez dilə gətirir. Ali təhsilinə Bilkənd Universitetinin Amerika Mədəniyyəti və Ədəbiyyatı Departamentində başlamış, lakin təhsilini başa vurmadan universiteti tərk etmişdi.

- Serdar Ortac necə məşhurlaşıb?

O, bir ilə yaxın İstanbuldakı radioların birində proqram prodüseri və aparıcısı işləyib. Radio proqramlarına qulaq asan bir albom prodüseri ona dövrün səsyazma şirkətlərindən olan RAKS ilə müqavilə bağlamağı təklif edir. Beləliklə, indiyə qədər yazdığı mahnıları öz səsi ilə ifa etmək şansı qazandı və ilk albomunu etdi. 17 avqust 1994-cü ildə "Karabiberim" mahnısı ilə debüt edən Serdar Ortaç bununla uzun müddət gündəmdə qalıb. Serdar Ortaç bu uğuru ilə 1-ci Kral TV Video Musiqi Mükafatlarında "Ən Yaxşı Yeni Kişi Sənətçi" mükafatını qazanıb.

İlk albomlarından birinin açılış mahnısı "Ben Adam Olmam"ın ispan versiyası olan "Loco Para Amar" da Meksika radiosunda səsləndirilib. Daha sonra bu albomu Türkiyədə ispan dilində sinql olaraq buraxılıb. Ard-arda 6 albom buraxan Serdar “Albomları ən çox satılan müğənni” statusunu qazanıb.

2001-ci ildə onun əvvəllər Sibel Canın ifa etdiyi "Padişah" mahnısı bir il ərzində ilin ən populyar ifası oldu. O, bu bəstə ilə "İlin  mahnısı" mükafatını alıb.

2005-ci ilin ilk həftəsində "Bu mahnılar kimə görədir" adlı ilk kitabı ilə pərəstişkarlarının qarşısına çıxan Serdar Ortaç həm "Ən yaxşı albom satan sənətçi", həm də "Ən yaxşı pop" mükafatına layiq görülüb. Həmin il "Kral TV Video Music Awards"da "Kişi Sənətçi" nominasiyasında iki mükafata layiq görülüb.

Kompozisiya fabriki kimi tanınan Serdar Ortaç ölkə daxilində və xaricdə yüzlərlə konsert verib. Ortaç mahnıları hər zaman ən populyar mahnılar sırasında olub.

- Serdar Ortac nə üçün həbs olunub?

Serdar Ortaç 1999-cu ildə hərbi xidmətdən yayınmaq üçün fırıldaqçılıq ittihamı ilə 10 ilə qədər həbs cəzası alıb. Sonrakı məhkəmə proseslərinə əsasən ona çox az cəza verilib. 54 gün Mamak Hərbi Həbsxanasında saxlanılıb. Bu yaxınlarda isə onun adı qumarı təbliğ etmək qalmaqallarında hallandı və müğənniyə ev dustaqlığı verildi. Bu cəza onun üstündən qaldırılsa da, məhkəmə davası hələ bitməyib və o 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Serdar Ortac bu hadisədən sonra qumara tövbə etdiyini deyib. Hərçənd bu onun ilk tövbəsi deyil.

- Serdar Ortacın sevgililəri kimlər olub?

Gəncliyində həddən artıq macərapərəst olan Serdar Ortaçın adı Banu Öztürk, Selin Toktay və Müge kimi məşhur manikenlərlə hallanıb.
 
- Serdar Ortac evli olub?

Bəli. O İrlandiyalı model Chloe Loughnan ilə ailəli olub. Toy günü Boyu 1,65 sm olan Ortaç 1,78 sm olan sevgilisindən xeyli qısa görünməsi ilə də dillərə düşmüşdü. Cütlük  2014-cü ildə ailə qurub, 2019-cu ildə boşanıb. Loughnan boşandıqdan sonra təzminat üstündə dava edərək Ortacdan 600 min dollar tələb edib.

- Serdar Ortac qumarbaz olub?

Bəli. Bunu özü dəflərlə etiraf edib və qumarda milyonlarla dollar itirdiyini deyib.
“İstanbulun yarısı mənim evlərim idi. Nələrim yox idi? Hamısı qumarda itirdim. İndi bir tək içində oturduğum evim qalıb”,- deyə o bildirib.

-  Serdar Ortac hansı xəstəlikdən əziyyət çəkir?

O MS xəstəsidir. Serdar Ortaç 2014-cü ildə dağınıq skleroz (MS) diaqnozu qoyulduğunu ictimaiyyətlə bölüşüb. Serdar Ortaçın xəstəliyi onun karyerasına və gündəlik həyatına təsir edərək, zaman-zaman səhnə performanslarını davam etdirməkdə çətinlik çəkib. Ancaq məlumdur ki, o, müalicə və müntəzəm müayinələrlə vəziyyətini idarə etməyə çalışır. (Dağınıq skleroz mərkəzi sinir sisteminə təsir edən bir xəstəlikdir və immunitet sistemi sinir hüceyrələrinin qoruyucu qabığına hücum edərkən baş verir. Bu vəziyyət sinir ötürülməsinin pozulmasına səbəb ola bilər, beləliklə müxtəlif nevroloji simptomlara və fiziki qüsurlara səbəb ola bilər. MS-nin müalicəsi yoxdur) Müğənni bu xəstəliyinə görə, demək olar ki, əlil arabasına möhtac qalıb.

- Serdar Ortac evini xidmətçilərinə vəsiyyət edib?

Bəli. “40 milyon TL-lik evim var. Öləndən sonra istəyirəm bu ev satılıb pulu bütün işçilərimə və orkestrimin üzvlərinə verilsin” deyə o müsahibəsində bildirib.

Dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan müğənni səhhətində daha bir ciddi problemin yarandığını deyib. İfaçının sözlərinə görə, səhhəti ilə bağlı sonuncu problem qanunsuz mərc oyunları işi ilə bağlı ev həbsindən sonra yaranıb. "
Ev dustaqlığında olarkən sol qolumu itirdim. Xəstəliyim səbəbindən sol ayağımı itirmişdim, yeriməkdə çətinlik çəkirdim, amma buna baxmayaraq "Yenə konsertlərimi edəcəyəm" deyirdim. Edirdim də. Başıma bu qumar bəlası gəldi, cəza aldım. Evdə qandallarla gəzərkən çox fikir elədiyim üçün sol qolumu da itirdim", - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar