1 ayda ərzağın qiyməti 1,5 faiz bahalaşıb
07 fevral 2011 12:21 (UTC +04:00)

1 ayda ərzağın qiyməti 1,5 faiz bahalaşıb

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bir ay ərzində ərzaq məhsullarının qiymətləri 1,5 faiz bahalaşıb. Əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,4 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının qiymətləri əvvəlki ayla eyni səviyyədə qalıb.

Ötən ay ərzaq məhsullarından düyünün, manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, toyuq və toyuq budunun, təzə balığın, pasterizə olunmamış üzlü südün, pendirin, kərə yağının, bitki yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, çuğundurun, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, siqaretlərin qiymətləri bahalaşıb.

Bundan başqa, yanvar ayı ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub. Bu məhsullara əsasən buğda ununun, çörək məhsullarının, qarabaşaq yarmasının, yumurtanın, süfrə marqarininin, bananın, göyərtinin, kökün qiymətində qeydə alınıb.

Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərdən yerli, MDB və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma tariflərində ucuzlaşma, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində isə bahalaşma müşahidə olunub.

Elxan SALAHOV
# 592

Oxşar yazılar