Hava buludlu olacaq
04 fevral 2011 08:00 (UTC +04:00)

Hava buludlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gündüz arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti Tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən müsbət hava şəraiti kimi qiymətləndirilsə də, fevralın 6-da atmosfer təzyiqinin kəskin enməsi fonunda güclü gilavar küləyi ürək-damar xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir.
# 927

Oxşar yazılar