Fəal gənclər mükafatlandırıldı - FOTO
02 fevral 2011 18:04 (UTC +04:00)

Fəal gənclər mükafatlandırıldı - FOTO

Mərkəzin fəal üzvləri ilə birgə Gənclər Gününü qeyd etmək və onun əhəmiyyəti barədə fikirləri bölüşmək məqsədi daşıyan mərasimə elm adamları, QHT-lər və KİV-lər dəvət olunublar.

Mərasimi açıq elan edən Mərkəzin direktor müavini Elnur Axundov Gənclər Gününün əhəmiyyətindən danışaraq, Azərbaycan gəncləri üçün bu günün illik hesabat və planlaşdırma xarakteri daşıdığını vurğulayıb.

Digər çıxış edənlər də bu günün əhəmiyyətini vurğulayaraq, ölkə gənclərinin idman, təhsil, mədəniyyət və digər sahələrdə qazandıqları uğurları, həmçinin qarşılaşdıqları problemləri qeyd ediblər.

Yekunda qonaqların iştirakı ilə Mərkəzin fəaliyyətində aktiv rol oynadığına görə seçilmiş 20 nəfər üzvə və 4 nəfər ofis əməkdaşına diplom və hədiyyələr təqdim edilib.
# 891

Oxşar yazılar