Binəqədidə Gənclər Günü qeyd edilib
01 fevral 2011 20:14 (UTC +04:00)

Binəqədidə Gənclər Günü qeyd edilib

Binəqədi RİH Başçısı Aparatının ictimai-siyasi şöbəsinin müdiri Natiq Əliyev Lent.az-a bildirib ki, tədbiri giriş sözü ilə açan gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov Binəqədi RİH başçısının müvafiq sərəncamı ilə rayon ərazisində hər il fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə silsilə tədbirlərin keçirildiyini, son illər Azərbaycanda əldə olunan uğurların bir çox sahədə olduğu kimi gənclər sahəsində də yüksək səviyyədə özünü göstərdiyini qeyd edib.


Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov müstəqillik dövründə gənclərimizin keçdiyi yol, əldə olunan uğurlardan, görülən işlər barəsində ətraflı çıxış edib.


Millət vəkili Rafael Cəbrayılov, YAP RT-nin sədri Nəbi Xəlilov və AƏSMA-nın YAP Gənclər Birliyinin sədri Rahil Şükürov və digərləri tədbirdə çıxış ediblər. RİH başçısı Alı Qocayev gəncləri təbrik edərək, əsası Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər Siyasətinin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini deyib, dövlətin və dövlət rəhbərinin gəncliyə olan diqqət və qayğısından danışıb.


Tədbirdə müxtəlif sahələrdə fərqlənən bir qrup gənc RİH və Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunub.

Tədbirin yekununda film nümayiş olunub.
# 1353

Oxşar yazılar