Vaqif Əsədov  mediaya ən açıq mətbuat katibi seçildi
17 iyul 2008 12:56 (UTC +04:00)

Vaqif Əsədov mediaya ən açıq mətbuat katibi seçildi

“Bizim söz” internet qəzeti “Mediaya ən açıq mətbuat xidməti rəhbəri”ni müəyyənləşdirmək üçün sorğu keçirib. Lent.az-ın məlumatına görə, sorğuya 222 respondent qatılıb. Sorğuya XİN, DYP, BŞTİ, DİN, MM, TN, MN, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərlərinin adı daxil edilib.
Sorğu 9 gün davam edib və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov respondentlərin 57% (127 nəfər) səsini qazanaraq, “Mediaya ən açıq mətbuat xidməti rəhbəri” seçilib. Jurnalistlər V.Əsədovu KİV-lə ən sıx və səmimi münasibətlər quran xidmət rəhbəri adlandırıblar.
Sorğunun nəticələrinə görə, ikinci yeri jurnalistlərin 31%-nin (68 səs) səsini qazanan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim tutub.
İlk üçlüyü isə 8% (17 səs) səs toplayan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı qapayıb.

# 5292
avatar

Oxşar yazılar