Vitali Kliçko rəqibinin almacıq sümüyünü sındırdı
18 oktyabr 2010 12:12 (UTC +04:00)

Vitali Kliçko rəqibinin almacıq sümüyünü sındırdı

Lent.az-ın “boxingscene.com”a istinadən verdiyi məlumata görə, oktyabrın 16-da keçirilmiş görüşdən sonra Briqqs xəstəxanaya çatdırılıb.

Həkimlər onun sifətindəki bir neçə sümüyün, cümlədən göz nahiyəsində hər iki almacıq sümüyünün sındığını aşkarlayıblar. Bundan başqa həkimlər boksçunun beyninin silkələndiyini, sağ çiyin bağlarının dartıldığını və əzələlərinin qırıldığını müəyyənləşdiriblər. Oktyabrın 17-də Briqqs intensiv terapiya palatasında olub.

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində təşkil olunmuş Vitali Kliçko – Şennon Briqqs döyüşü ukraynalının böyük üstünlüyü şəraitində keçib. Nəticədə hakimlərin yekdil qərarı ilə görüş Kliçko xal üstünlüklü qələbə qazanıb. Bununla da, ukraynalı Ümumdünya Boks Şurasının (WBC) versiyası üzrə dünya çempionu titulunu qoruyub. Ertəsi gün o, Briqqsə tezliklə sağalmağı arzulayıb. Kliçko ümid edir ki, amerikalının aldığı zədələr sağlamlığına təsir göstərməyəcək və gələcək karyerasını davam etdirməsinə mane olmayacaq.
# 799

Oxşar yazılar