Dünya çempionatı: ABŞ və Litva milliləri yarımfinalda
10 sentyabr 2010 10:26 (UTC +04:00)

Dünya çempionatı: ABŞ və Litva milliləri yarımfinalda

Lent.az-ın məlumatına görə, Türkiyə və Serbiyanın ardınca ABŞ və Litva yığmaları da ən güclü 4 komanda sırasına qoşulmağı bacarıb. Müvafiq olaraq ABŞ Rusiyanı (89-79), Litva millisi isə yarışın ən iddialılarından olan Argentinanı məğlub edib (104-85).

Yarımfinal qarşılaşmaları sentyabrın 11-12-də keçiriləcək. Finala çıxmaq uğrunda ilk görüşdə Türkiyə və Serbiya basketbolçuları üz-üzə gələcək. Bir gün sonar isə ABŞ və Litva yığmaları finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
# 692

Oxşar yazılar