Dmitri Medvedyev: “Münaqişənin nizamlanmasına dair təmasların intensivliyi azaldılmamalıdır”
03 sentyabr 2010 15:33 (UTC +04:00)

Dmitri Medvedyev: “Münaqişənin nizamlanmasına dair təmasların intensivliyi azaldılmamalıdır”

APA-nın “İTAR-TASS”a istinadən yaydığı məlumata görə, Dmitri Medvedyev bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib. O, son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: “Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz, həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram”.



Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: “Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən daha effektli olur”.
# 580

Oxşar yazılar