Şuşan Stepanyanın yeni yalanı - FOTOFAKT
29 oktyabr 2020 13:16 (UTC +04:00)

Şuşan Stepanyanın yeni yalanı - FOTOFAKT

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan “Twitter” hesabında növbəti dəfə dezinformasiya yayaraq, erməniləri və dünya ictimaiyyətini aldatmağa çalışıb.

Lent.az məlumat verir ki, Ş.Stepanyan Fransanın “Le Monde” qəzetinin Ermənistanın Bərdə şəhərində törətdiyi hərbi cinayətlə bağlı yayımladığı xəbərdəki fotonun Bərdəyə aid olmadığını iddia edib. O qeyd edib ki, fotoşəkil Azərbaycan Ordusu tərəfindən guya Xankəndidə yerləşən doğum evinin vurulmasının görüntüsüdür.

Ermənilər isə Ş.Stepanyanın yalanına inanıb, posta “Le Monde”nin səhifəsini işarələyərək, nəşri yalan informasiya yaymaqda ittiham ediblər.

Ancaq "yalan maşını" Stepanyanın gözü o qədər tutulub ki, elə "Le Monde"un özündə fotonun müəllifi olaraq azərbaycanlı fotoqraf Əziz Kərimovun göstərilməsini "görməyib". Maraqlıdır, biri Ş.Stepanyana sual versə ki, Xankəndidə fotonu çəkən Əziz Kərimov kimdir, o nə cavab verəcək?

 

# 928
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar