General Həsən Iğsız məhkəmədə
24 avqust 2010 15:50 (UTC +04:00)

General Həsən Iğsız məhkəmədə

Türkiyə Silahlı Qüvvələri 1-ci ordunun keçmiş komandanı Həsən Iğsız internet gündəliyi ilə bağlı ifadə vermək üçün məhkəməyə gəlib. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, dünən vəzifəsini ordu generalı Hayri Kıvrıkoğluna təslim edən Həsən Iğsız bu gün günorta saatlarında Beşiktaşda yerləşən İstanbul Məhkəməsinə gəlib. H. Iğsız məhkəmə binasına hakim və prokurorların girdiyi qapıdan daxil olub.

Qeyd edək ki, “Ergenekon” işinin istintaqını aparan prokurorlardan olan Zəkəriyyə Öz aralarında H. Iğsızın da olduğu 19 şübhəli şəxsi ifadə verməyə çağırıb.
# 650

Oxşar yazılar