<b>"Valensiya" “Barselona”nın hegemonluğuna <span style="color:red;">SON QOYDU  - <span style="color:red;">VİDEO </b>
26 may 2019 02:08 (UTC +04:00)

"Valensiya" “Barselona”nın hegemonluğuna SON QOYDU - VİDEO

İspaniya kubokunda final oyunu keçirilib. 
 
ONA-nın məlumatına görə, “Barselona” və “Valensiya” klubları Sevilyada üz-üzə gəliblər.
 
Ölkə çempionu adını qazanan barselonalılar “Qızıl dubl” etmək arzusunu gerçəkləşdirə bilməyib. Kubokun 30 qat qalibi oyunun ilk yarısında buraxdığı iki qoldan yalnız birinin əvəzini çıxa bilib. 
 
Bununla da “Barselona”nın İspaniya kubokundakı hegemonluğu başa çatıb. Son 4 mövsümdə yarışın qalibi olan kataloniyalılar mükafatın Valensiyaya getməsi ilə barışıblar.
 
Bu, “Valensiya”nın tarixində 8-ci ölkə kuboku olub. “Yarasalar” bu mükafatı sonuncu dəfə 11 il öncə - 2008-ci ildə qazanmışdılar.
 
İspaniya kuboku
 
Final
 
25 may
 
“Barselona” – “Valensiya” – 1:2
Messi, 73 – Qameyro, 21, Rodriqo, 33
 
 
# 1842
avatar

Oxşar yazılar