"Qarabağ"da YENİ MÜQAVİLƏ
20 may 2019 19:22 (UTC +04:00)

"Qarabağ"da YENİ MÜQAVİLƏ

"Qarabağ" qapıçısı Şahruddin Məhəmmədəliyevin mövsümün sonunda başa çatan müqaviləsini yeniləyib.
 
Lent.az-ın məlumatına görə, bu barədə qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib. Onun sözlərinə görə, 25 yaşlı qolkiperlə yeni 3 illik sözləşmə imzalanıb. Şahruddin 2022-ci ilə qədər Ağdam təmsilçisinin formasını geyinəcək.
 
N.İbrahimov Con Delarjın göndərilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib. Klub rəsmisi ötən yay "Bursaspor"dan transfer olunan konqolu hücumçunun müqaviləsinin davam etdiyini və onunla yolların ayrılmadığını söyləyib.
# 1810
avatar

Oxşar yazılar