Astarada avtomobil qəzasında bir nəfər ölüb
19 may 2019 20:53 (UTC +04:00)

Astarada avtomobil qəzasında bir nəfər ölüb

Astara rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 
 
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonunun Şüvi kəndi ərazisində qeydə alınıb. 
 
"VAZ 21011" markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. "VAZ 21011" markalı avtomobildə olan sərnişin, 2001-ci il təvəllüdlü Şüvi kənd sakini Qadir Kamil oğlu Baxşıyev hadisə yerində vəfat edib. 
 
Faktla bağlı araşdırma aparılır.
# 1264
avatar

Oxşar yazılar