<b>“Bavariya” darmadağınla Almaniya çempionu oldu</b>
18 may 2019 19:28 (UTC +04:00)

“Bavariya” darmadağınla Almaniya çempionu oldu

Almaniya Bundesliqasında 2018/19 mövsümünə yekun vurulub.
 
ONA-nın məlumatına görə, çempionatın sonuncu – XXXIV turunun oyunları eyni gündə keçirilib.
 
Almaniya çempionunun adına da son tur aydınlıq gətirib. Bugünkü qarşılaşmayadək ən yaxın izləyicisini iki xal qabaqlayan “Bavariya” “Ayntraxt”la ev oyununda qazandığı qələbə ilə qızıl medallara yiyələnib. Niko Kovaçın yetirmələri “Ayntraxt”ı 5:1 hesabı ilə darmadağın ediblər. Nəticədə “Bavariya” xal hesabını 78-ə çatdırıb.
 
Dortmund “Borussiya”sı isə Mönhenqladbaxdan olan həmklubu ilə görüşüb. Taleyi öz əlində olmayan dortmundlular səfər görüşündə qələbə qazanıblar. Lakin xal hesabını 76-ya çatdıran “Borussiya” yalnız ikinci yerlə kifayətlənib. Bu tura kimi isə "Leypsiq" bürünc medalları təmin edib. 
 
Qeyd edək ki, “Bavariya” ardıcıl 7-ci, ümumilikdə 29-cu Almaniya çempionu adına yiyələnib.
 
Almaniya Bundesliqası
 
XXXIV tur
 
18 may
 
“Bavariya” – “Ayntraxt” – 5:1
Koman, 4, Alaba, 53, Sançes, 58, Riberi, 72, Robben, 78 – Haller, 53
“Borussiya” M – “Borussiya” M – 0:2
Sanço, 45, Roys, 54
# 2230
avatar

Oxşar yazılar