Avroliqanın final günü metro gecə saat 4-ə qədər işləyəcək
17 may 2019 15:44 (UTC +04:00)

Avroliqanın final günü metro gecə saat 4-ə qədər işləyəcək

“Bakı Metropoliteni” futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.
 
Bu barədə Lent.az-a “Bakı Metropoliteni”ndən bildirilib.
 
Verilən məlumata görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub.
 
Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.
 
Mayın 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcəklər.
# 1417
avatar

Aygün İbrahimli

Oxşar yazılar