[b]Deputat aeroport və avtovağzallarda qanunsuz ödəniş alınmasından ŞİKAYƏTLƏNDİ[/b]
17 may 2019 12:39 (UTC +04:00)

[b]Deputat aeroport və avtovağzallarda qanunsuz ödəniş alınmasından ŞİKAYƏTLƏNDİ[/b]

“Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsi büdcəyə daxil olmur”.
 
ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa söyləyib.
 
F. Mustafa deyib ki, Azərbaycanda hava limanında, avtovağzalda giriş üçün vəsait ödənilir: “Vətəndaş hava limanına, avtovağzala taksi ilə gəlməlidir. Qısa müddətdə vətəndaş kimisə yola salırsa, yaxud harasa gedirsə, vəsait alınması düzgün deyil”.
 
Mədəniyyət sahəsindəki problemlərə toxunan deputat bildirib ki, Şəmistan Əlizamanlı kimi insanlara fəxri adlar verilməyib: “Şəmistan Əlizamanlıdan soruşdum ki, sizə hər hansı ad verilibmi? Dedi ki, biz millətin hambalıyıq. Bu adamlar qiymətləndirilməli, onlara hərbi təqaüdlər verilməlidir”.
 
Vitse-spiker Ziyafət Əsgərov isə müzakirəyə çıxarılan qanun layihələrindən kənar danışılmasını düzgün saymayıb: “Facebook” səhifələrinizdə belə məsələləri yaza bilərsiniz”.
# 804
avatar

Oxşar yazılar