15 yaşlı futbolçu üçün 12 milyon avro verirlər
15 may 2019 09:53 (UTC +04:00)

15 yaşlı futbolçu üçün 12 milyon avro verirlər

Fransanın “Lion” klubunun futbolçusu Rayan Çerki karyerasını İspaniyada davam etdirə bilər.
 
ONA-nın məlumatına görə, 15 yaşlı hücumçu Madrid “Real”ının maraq dairəsinə düşüb.
 
“Kral klubu” yeniyetmə futbolçu üçün 12 milyon avro ödəməyə hazırdır. 2020-ci ilin yayına qədər müqaviləsi olan forvard əvvəllər “Çelsi” (İngiltərə) və “Milan”ın (İtaliya) da transfer siyahısında olub. Lakin “Lion” hər iki komandaya imtina edib.
 
FİFA qaydalarına görə, R.Çerki avqustun 17-də 16 yaşlı tamam olduqdan sonra Avropa İttifaqının digər ölkəsinə keçmək hüququna malikdir.
 
Qeyd edək ki, Fransanın U-16 yığmasının üzvü olan hücumçu UEFA Gənclər Liqasında qol vuran ən gənc oyunçudur. O, 15 yaş 1 ay 2 günlüyündə fərqlənib.
# 1033
avatar

Oxşar yazılar